Xoşqədəm Hidayətqızı onları məhkəməyə verdi – VİDEO

10:32 - 7 Noyabr 2023 - Cəmiyyət

Ötən həftə aparıcı Xoşqədəm Hidayətqızının əri türkiyəli müğənni Doğuşun başqa qadınla dini nikahda olduğu iddia edilib.

Ucnoqta.az xəbər verir ki, Türkiyənin “Show TV” kanalında yayımlanan “Didem Arslan Yılmazla Vazgeçme” verilişinə qonaq olan Esra adlı qadın günlərlə efirdə bu haqda danışıb.

Mövzuya dair ilk açıqlamasında Xoşqədəm Hidayətqızı Didem Arslanın proqramından məhkəməyə şikayət etdiyini açıqlayıb.

Sözügedən iddia ərizəsinin fotosunu müğənni Doğuş da sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, 9 ildir ailəli olan Doğuş və Xoşqədəm cütlüyünün Arda və Arın adlı iki oğlan övladı var.

Xəbər xətti