Azərbaycanda hərbçilərin maaşlarının artırılması təklif olunur

14:21 - 6 Noyabr 2023 - Xəbər

"Azərbaycanda müddətdən artıq xidmət keçən hərbçilərin maaşlarını artırmaq vacibdir".

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, həmin hərbçilər peşəkarlardır və onların stimullaşdırılması, gənclərin bu sahəyə cəlb edilməsi üçün maaşlar yüksək olmalıdır.///report

Xəbər xətti