Bakıda yeyinti məhsulları istehsalı zamanı qaydaları pozanlar cərimələndi - FOTO

14:08 - 6 Noyabr 2023 - Cəmiyyət

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının, habelə yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qeyd edilən normalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər keçirilib.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, nəticədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbələrinin pozulması faktları aşkar olunub.

Tədbirlərlə 6 şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbini pozduğuna görə barələrində inzibati məsuliyyət tədbirləri görülüb.

Bu istiqamətdə Nərimanov rayonu ərazisində tədbirlər davam etdirilir.


Xəbər xətti