Dövlət Agentliyinin sədr müavini işdən çıxarıldı

12:05 - 6 Noyabr 2023 - Xəbər

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Zamir Dibirov vəzifəsini tərk edib.

Ucnoqta.az-ın Report-a istinadən məlumatına görə, o, nazirliyin Layihə İdarəetmə şöbəsinin müdiri təyin olunub.

Xatırladaq ki, Z.Dibirov iki ilə yaxın idi ki, sözügedən vəzifədə idi. Buna qədər isə o, "Sumqayıt Kimya Sənaye Parkı”nda fəaliyyət göstərib.

Xəbər xətti