Yer kürəsində güclü maqnit qasırğası başlayıb

08:13 - 6 Noyabr 2023 - Cəmiyyət

Yer kürəsində güclü maqnit qasırğası başlayıb

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, güclü maqnit qasırğası qəflətən Yer kürəsini bürüyüb.

Mütəxəssislər xəbərdarlıq ediblər ki, bazar günü, noyabrın 5-i günün ikinci yarısında geomaqnit sahəsinin pozulması qeydə alınıb. Qeyd edilir ki, Yerin maqnit sahəsində pozulma dərəcəsi sürətlə G3 səviyyəsinə yüksəlib, bu da elmi təsnifata görə güclü deməkdir.

Güclü maqnit qasırğasının başlaması ilə əlaqədar bütün planetdə enerji sistemlərində problemlər yarana bilər. 

Xəbər xətti