Əfqanıstanda 4,7 bal gücündə zəlzələ baş verib

14:57 - 9 Oktyabr 2023 - Xəbər

Əfqanıstanda 4,7 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, oktyabrın 7-də Əfqanıstanın qərbində 6,2 bal gücündə dağıdıcı zəlzələ baş verib. Nəticədə 10 minə yaxın əfqan evsiz qalıb.

Xəbər xətti