Azərbaycanlı model vəfat etdi 

10:50 - 9 Oktyabr 2023 - Cəmiyyət

Bir vaxtlar model kimi fəaliyyət göstərən Günay Zeynalova vəfat edib. 

Ucnoqta.az xəbər verir ki, bu haqda müğənni Elnur Məmmədov məlumat yayıb.

"20 illik dostum Günay, bugün sənin bu fani dünyadan köçməyinin xəbərini aldım və gəlib evində həqiqətən haqq dünyasına gedişini gördüm, dost itirmək çox təsir edir mənə, sən həqiqətən çox gözəl insan olmusan. Mərd, böyük ürək sahibi olmusan. Ruhun şad olsun".

Bildirilib ki, Günayın ölümünə səbəb miqren olub. 

Onun bir qız övladı var. 


Xəbər xətti