33
Soçidəki Kurortnıy Prospekt alternativ magistral yolundakı tunelin girişində avtomobil divara çırpılıb, nəticədə üçü uşaq olmaqla beş nəfər ölüb, üçü yaralanıb.
Ucnoqta.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsi jurnalistlərə məlumat verib.
Məlumata görə, “Toyota Land Cruiser”in 42 yaşlı sürücüsü yaş yollarda sürətlə hərəkət edərək idarəetməni itirib və tunelin girişinə çırpılıb. Qəza nəticəsində sürücü və dörd sərnişin həlak olub, onlardan üçü 5, 10 və 13 yaşlı uşaqlar olub.
Qəzada daha üç uşaq da yaralanıb və xəstəxanaya aparılıb.
Polis araşdırma aparır.
