48
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları Rusiya vətəndaşları da daxil olmaqla 102 əcnəbini deportasiya ediblər.
Ucnoqta.az bildirir ki, bu barədə Departamentin mətbuat xidməti məlumat verib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan, Əlcəzair, Misir, Hindistan, İordaniya, Çin, Qazaxıstan, Livan, Nigeriya, Pakistan, Rusiya, Sudan, Türkmənistan, Türkiyə, Tayland, Özbəkistan, Filippin və digər ölkələrin vətəndaşları Gürcüstandan deportasiya edilib. Deportasiya olunanların Gürcüstana girişi qadağan edilib.
Qeyd edək ki, Gürcüstan son zamanlar qanunsuz miqrantlarla fəal mübarizə aparır.
