123
2026-cı ilin yanvar-may aylarında Azərbaycanda 15 min 107 nikah, 8 min 87 boşanma rəsmiləşdirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir.
Məlumata əsasən, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk beş ayında 15 107 nikaha daxilolma, 8 087 boşanma halı qeydə alınıb.
Statistik göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə nikahların sayında azalma olduğunu göstərir. Belə ki, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,7-dən 3,6-ya enib.
Boşanmaların intensivliyində də cüzi azalma müşahidə olunub. Bu göstərici 2025-ci ilin ilk beş ayındakı 2,0-dan 2026-cı ilin müvafiq dövründə 1,9-a düşüb.
