98
ABŞ Avropadan Yaxın Şərqə əlavə F-16 və F-35 qırıcı təyyarələrini yenidən yerləşdirmək qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə The New York Times (NYT) qəzeti məlumat yayıb.
ABŞ rəsmiləri arasında olan mənbələrə görə, Almaniyadan F-16 qırıcı təyyarələri və Böyük Britaniyadan gizli F-35 təyyarələri Yaxın Şərqə göndərilib.
Nəşr bölgəyə əlavə tanker təyyarələrinin də yerləşdirildiyini qeyd edib. Nəşr qeyd edir ki, bu addımlar “Tramp administrasiyasının tezliklə İrana qarşı zərbələri artıra biləcəyinə dair daha bir əlamətdir.
Nəşrin məlumatına görə, “bu əlavə döyüş təyyarələrinin harada yerləşəcəyi hələlik məlum deyil”. ABŞ tankerlərinin bəzilərinin İsraildəki hava bazalarına göndərilməsi gözlənilir.
