79
Peruda 5,1 bal gücündə zəlzələ nəticəsində altı nəfər həlak olub.
Ucnoqta.az bildirir ki, bu barədə ölkənin Baş naziri Luis Arroyo Sançes RPP radiosuna bildirib.
Baş nazirin sözlərinə görə, 250-dən çox evə ziyan dəyib, 48 bina isə tamamilə dağılıb.
Peru Geofizika İnstitutunun məlumatına görə, 5,1 bal gücündə zəlzələ yerli vaxtla şənbə axşamı ölkənin mərkəzi hissəsindəki Junin departamentinin Çupaka şəhərindən 7 kilometr cənubda baş verib. Zəlzələnin ocağı 24 kilometr dərinlikdə baş verib.
