Xocavənd rayonunda açıq ərazidə yanğın baş verib.
Ucnoqta.az xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini çətinləşdirir.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.