Argentina kapitanı Lionel Messi Dünya Kuboku finalında İspaniyaya qarşı ən azı bir qol vuracaq.
Ucnoqta.az xəbər verir ki, bu fikri Fransanın Dünya Kuboku rekordçusu Kilian Mbappe bildirib. Onun şərhini jurnalist Fabrizio Romano sosial media səhifəsi X-də yazıb.
“Leo Messi sabah da qol vuracaq. O, həmişə qol vurur”, – Mbappe deyib.
İngiltərəyə qarşı üçüncü yer uğrunda matçda (4-6) Mbappe iki qol vuraraq Dünya Kubokunda ən çox qol vuran Messini keçib. Fransız oyunçunun hazırda 22 qolu var, Messi isə bir qol geridədir. Hazırkı turnirdə Mbappe 10, Messi isə səkkiz qol vurub.