İspaniya millisi Dünya Kubokunun finalında Argentinanı inamla məğlub edəcək.
Ucnoqta.az xəbər verir ki, As nəşrinin məlumatına görə, Braziliyanın keçmiş hücumçusu Ronaldo bu açıqlamanı verib.
“İspaniya qalib gələcək və asanlıqla. Onlar əvvəldən Fransa ilə birlikdə favorit idilər. İspaniya əla futbol oynayır. Bu, onların DNT-sində var. Onlar uşaqlıqdan bəri illərdir belə oynayırlar”, – deyə əfsanəvi braziliyalı qeyd edib.
İspaniyanın baş məşqçisi Luis de la Fuente çox metodik bir komanda qurmağı bacarıb. Onun oyunçuları matçın hər dəqiqəsi üçün tapşırıqlarını aydın şəkildə bilirlər.
“Argentinalılar bu Dünya Kubokunda çox hörmətli bir yarış keçirdilər. Argentina çətinliklərin öhdəsindən gəlmək ruhu, döyüş ruhu nümayiş etdirən bir komandadır və bu, çox təsirlidir, amma İspaniya çox metodikdir. Onlar istənilən anda nə edəcəklərini bilirlər”, – deyə məşhur keçmiş futbolçu əlavə edib.
