Qayana sahillərində təxminən 116 nəfərin olduğu MV BARIMA sərnişin bərəsi aşıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qayanın İctimai İşlər naziri Xuan Edqil bildirib.
Edqil bildirib ki, fəal axtarış-xilasetmə əməliyyatı davam edir. O, qeyd edib ki, indiyə qədər gəmidən səkkiz nəfər xilas edilib.
İlkin məlumatlara görə, gəmi ölkənin paytaxtı Corctaundan Port Kaytumaya doğru hərəkət edirmiş.