Vətən Müharibəsi Qəhrəmanı yüksək vəzifəyə TƏYİN OLUNDU

Əlahiddə Ümumqoşun Ordu komandanına birinci müavin təyin olunub.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Vətən Müharibəsi Qəhrəmanı polkovnik Telman Hüseynov Əlahiddə Ümumqoşun Ordu komandanı Kənan Seyidovun birinci müavini vəzifəsinə təsdiqlənib.

Qeyd edək ki, T.Hüseynov bu təyinata qədər komandan müavini vəzifəsində çalışırdı. Əvvəlki birinci müavin general-mayor Etibar Məhərrəmov isə bu yaxınlarda Müdafiə Nazirliyinin baş idarələrindən birində müavin vəzifəsinə təyin olunub.

Related posts

MİQ imtahanları ilə bağlı RƏSMİ AÇIQLAMA

Gəncədə azyaşlı uşaq öldü

Bəzi rayonlarda leysan yağıb