TƏBİB-dən Ağdərədə baş verən qəza ilə bağlı AÇIQLAMA

Ağdərə rayonun Suqovuşan kəndi ərazisində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər (kişi) 07.07.2026-cı il tarixində saat 21:40 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Pasiyentlərdən 2 nəfər Mingəçevir şəhərində, 1 nəfər isə Bərdə rayonunda yerləşən özəl tibb müəssisələrindən birinə göndərişlə təmin olunub.

1 nəfər isə öz istəyi ilə tibbi xidmətdən imtina edib.

Hazırda 2 nəfər pasiyentin müalicəsi Tərtər Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Related posts

MİQ imtahanları ilə bağlı RƏSMİ AÇIQLAMA

Bəzi rayonlarda leysan yağıb

İsraildə ABŞ hərbi tankerlərinin sayı artırılır – Yeni əməliyyat ehtimalı gündəmdə