Heqset İsrailə səfərini ləğv etdi

ABŞ hərbi naziri Pit Heqset çərşənbə günü İsrailə planlaşdırılan səfərini ləğv edib.

Ucnoqta.az xəbər evrir ki, The Jerusalem Post (JPost) bu barədə mənbəyə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, Heqsetinsəfəri zamanı İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katz ilə görüşməsi gözlənilirdi.

Heqset hazırda ABŞ prezidenti Donald Trampla birlikdə Ankarada keçirilən NATO sammitində iştirak edir. İsrailə qısa səfər ABŞ-ın İrana yenidən hücumları kontekstində planlaşdırılırdı. JPost ləğvin səbəblərini açıqlamayıb.

Related posts

Küveytə İranın hücumu nəticəsində bir neçə nəfər yaralanıb

Bəhreyndə yenidən hava həyəcanı verilib

İran Küveytdəki ABŞ yanacaq terminalına zərbə endirib