Masazırda “Ford” yanıb –

Abşeron rayonunda avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə rasyonun Masazır qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər çevik müdaxiləsi sayəsində “Ford” markalı yük avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Xəsarət alan olmayıb.

Avtomobilin digər hissələri yanğından mühafizə olunub.

Related posts

Qadın balta ilə küçədə dəhşət saçdı: 10 avtomobilə hücum etdi – VİDEO

İngilis və argentinalı azarkeşlər arasında dava düşdü

62 mərtəbəli binanın lifti qırıldı – xəsarət alan var