“DÇ-2026″nın 1/8 finalının cütlükləri bəlli oldu

FİFA Dünya Çempionatının 1/8 finalında mübarizə aparacaq bütün komandalar müəyyənləşib.

Ucnoqta.az xəbər verir ki, pley-offun ikinci mərhələsinin son iştirakçısı 1/8 finalda Qananı 1-0 hesabı ilə məğlub edən Kolumbiya olub.
1/8 finalda Cənubi Amerika millisi 7 iyulda Vankuverdə İsveçrə ilə qarşılaşacaq.

Həmçinin 1/8 finalının oyunlar da keçiriləcək: Kanada – Mərakeş (4 iyul, Hyuston), Paraqvay – Fransa (5 iyul, Filadelfiya), Braziliya – Norveç (5 iyul, Şərqi Rezerford), Meksika – İngiltərə (6 iyul, Mexiko), Portuqaliya – İspaniya (6 iyul, Arlington), ABŞ – Belçika (7 iyul, Sietl) və Argentina – Misir (7 iyul, Atlanta).

Related posts

Messi həmin fotodan danışdı

19 il sonra tarixi görüş: Futbolun ən maraqlı hekayəsi

Messi İspaniyaya qarşı oyundan danışdı