90 yaşlı kişi turnikdən yıxılıb öldü

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 90

Bakının Binəqədi rayonunda bədbəxt hadisə ölümə səbəb olub.

Ucnoqta.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə M.Rəsulzadə qəsəbəsinin İlham Hacıyev küçəsində qeydə alınıb.

1936-cı il təvəllüdlü Tofiq Bəşir oğlu Rüstəmov yaşadığı evdə turnikdə məşq edərkən yıxılıb. Ağır xəsarətlər alan yaşlı kişi təcili olaraq Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. T.Rüstəmov aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Related posts

Qadın balta ilə küçədə dəhşət saçdı: 10 avtomobilə hücum etdi – VİDEO

İngilis və argentinalı azarkeşlər arasında dava düşdü

62 mərtəbəli binanın lifti qırıldı – xəsarət alan var