Bakıda yaşayış binasında yanğın olub - YENİLƏNİB - VİDEO

18:12 - 29 İyun 2020 - HADİSƏ

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb. 

APA-nın məlumatına görə, binanın birinci mərtəbəsinə bitişik tikiliyə yığılmış taxta materiallar yanıb.

Yanğın söndürülüb.

***

saat 17:41

Bakıda yaşayış binasında yanğın başlayıb.

APA-nın xəbərinə görə,  hadisə Nəsimi rayonu Sabit Orucov küçəsində qeydə alınıb. Hündürmərtəbəli yaşayış binasının qarajında meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. 

Sakinlərə binanı tərk etmələri ilə bağlı çağırış edilib. 

 


Xəbər xətti