Bakıda sürücü təmir etməyə çalışdığı avtobusun altında qalıb öldü

Dünən Bakının Xəzər rayonunun Binə qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Belə ki, 1979-cu il təvəllüdlü Şabran rayon sakini Taleh Əliyev “İkarus” markalı avtobusunun təmiri zamanı domkrat yerinə daşdan istifadə edib və bədbəxt təsadüf nəticəsində nəqliyyat vasitəsi onu əzib.

T.Əliyev aldığı xəsarətlərdən yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.

Tarix
29 İyun 2020 [12:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-06-29 12:06:02
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin