"Azərişıq"ın avtomobili "KamAZ"la toqquşub- xəsarət alanlar var

10:47 - 29 İyun 2020 - HADİSƏ

Qubada iki yük avtomobili toqquşub, xəsarət alanlar var.

Hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisində baş verib. Hadisə nəticəsində iki yük avtomobili toqquşub. Hadisə şahidlərinin bildirdiyinə görə, hadisəyə səbəb "Azərişıq" ASC-yə məxsus xidməti avtomobilin qarşısına qoyunların çıxması olub. Nəticədə arxadan gələn "KamAZ" sürəti tənzimləyə bilmədiyindən "QAZ 53"ə çırpılaraq yoldan çıxıb.

Sürücülər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti