Türkiyədə növbəti dəfə zəlzələ baş verib

09:31 - 29 İyun 2020 - DÜNYA

Türkiyədə növbəti zəlzələ olub.

Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanlar Muğlada, Marmaris rayonunda 4,4 maqnitudada, yerli vaxtla saat 07:06-da qeydə alınıb. Zəlzələ ocağı 63,3 km dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.

Qeyd edək ki, bu, Türkiyədə baş verən ikinci zəlzələdir. Ötən gün də ölkənin cənub-qərbində zəlzələ qeydə alınıb.

Xəbər xətti