Abşeronda azyaşlı atasının avtomobilinin altında qaldı

08:39 - 29 İyun 2020 - HADİSƏ

Abşeronda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini Tural Əkbərli idarə etdiyi şəxsi avtomobilini yaşadığı evin həyətində arxaya verərkən övladı, 2016-cı il təvəllüdlü Əkbərli Əli Tural oğlu ehtiyatsızlıqdan avtomobilin təkərinin altında qalaraq ağır bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, bədənin çoxsaylı sınıqları və əzikləri diaqnozları qoyulub. Azyaşlı cərrahi əməliyyat olunub. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləsdirilib.///report

Xəbər xətti