Azərbaycanda daha 590 nəfər koronavirusa yoluxdu, 265 nəfər sağaldı, 7 nəfər öldü

18:44 - 24 İyun 2020 - Xəbər

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 590 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Xəbər xətti