Qobustanda minik avtomobili yük maşını ilə toqquşub, yaralılar var

17:33 - 24 İyun 2020 - HADİSƏ

Qobustan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 16:30 radələrində Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili qarşısında gedən mişar daşı aparan "KamAZ"a çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan 3 nəfər - Şamaxı sakini, 1959-cu il təvəllüdlü Rəhimov Aydın Əli oğlu, Qobustan sakinləri - 1992-ci il təvəllüdlü Qədirov Elnur Elşən oğlu, 1996-cı il təvəllüdlü Rəcəbli Şəhla Malik qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.///Apa

Xəbər xətti