“ASAN xidmət” və "ASAN Kommunal" bir gün işləməyəcək

14:54 - 24 İyun 2020 - Xəbər

26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.

Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

27 iyun tarixindən etibarən isə vətəndaşlar müvafiq qaydalar əsasında mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.

 

Xəbər xətti