Qobustanda dostunu qətlə yetirən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

14:45 - 24 İyun 2020 - HADİSƏ

Qobustan rayon Məhkəməsində dostunu qətlə yetirən 1974-cü il təvəllüdlü Rövşən Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar istintaq orqanın təqdimatına baxılıb. 

Hakim Mirsəlim Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib, R. Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki,  Qobustan rayon sakini, 1974-cü il təvəllüdlü Rövşən Məhərrəmov dostu olan həmyerlisi, 1975-ci il təvəllüdlü Cabarov Elman Ziyadxan oğlunu öz evinə qonaq dəvət edib. Onlar yeyib-içdikdən sonra aralarında dava düşüb. Rövşən mətbəx bıçağı ilə Elmana bir neçə xəsarət yetirib. Elman aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.///Apa

Xəbər xətti