Bərdədə ata traktoru aşırıb öğlunu öldürdü

12:02 - 23 İyun 2020 - HADİSƏ

İyunun 22-də saat 22 radələrində Bərdə rayon ərazisində 2005-ci il təvəllüdlü Elnur Məmmədlinin traktorun aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölməsi ilə bağlı məlumat daxil olub.

Bərdə rayon prokurorluğundan verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər zəruri hərəkətlər yerinə yetirilib.

Müəyyən edilib ki, həmin gün rayon ərazisində 1971-ci il təvəllüdlü Səyavuş Məmmədov özünə məxsus traktorla oğlu Elnur Məmmədli ilə birlikdə rayon ərazisində yolda hərəkətdə olarkən idarəetməni itirməklə traktorun aşması nəticəsində E.Məmmədli müxtəlif bədən xəsarətləri almaqla hadisə yerində ölüb.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.///trend

Xəbər xətti