Kürdə batan 16 yaşlı oğlanın meyiti tapılıb

09:18 - 23 İyun 2020 - HADİSƏ

Kür çayının Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindən keçən hissəsində 2004-cü il təvəllüdlü Usubov Aqil Şahverdi oğlunun axtarışları başa çatıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, A.Usubovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti