Bərdədə bərbər qayçı ilə qətlə yetirilib

20:05 - 22 İyun 2020 - HADİSƏ

Bərdədə saç ustası qətlə yetirilib. Hadisə Bərdə şəhərində qeydə alınıb. Şəhər ərazisində fəaliyyət göstərən kişi salonunda işləyən Məmmədov Ceyhun Hüsü oğlu iş yerində öldürülüb. İlkin məlumata görə, onu yanında təcrübəçi kimi çalışan şəxs qayçı ilə qətlə yetirib. Faktla bağlı cinayət işi başlanıb. Hazırda cinayəti törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.///Apa

Xəbər xətti