Cəlilabadda avtomobillə vurulan piyada ölüb

13:39 - 22 İyun 2020 - HADİSƏ

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə iyunun 19-da saat 22 radələrində Cəlilabad rayonunun Əliqasımlı kəndi ərazisində qeydə alınıb.
Üçtəpə kənd sakini R.Qasımov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmkəndlisi Elşad İmanovu vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.///report

 

Xəbər xətti