“Bəhram Bağırzadənin vəziyyəti ağır-sabit olaraq qalır”.
Ucnoqta.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.
O bildirib ki, səhər saatlarına olan nəticələr, təəssüf ki, ürəkaçan deyil:
“Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətində müsbət dəyişikliklər yoxdur. Analizlərin cavabları qənaətbəxşdir. Düşünürəm ki, vaxtın uzanması bu vəziyyətdə bizim üçün qazancdır. Hər birimiz qısa zamanda əməkdar artistin vəziyyəti ilə bağlı xoş xəbərlər paylaşmaq istəyirik. Əfsuslar olsun ki, hələlik buna nail ola bilməmişik”.