Hacıqabul və Şəmkir sakinlərindən silah götürülüb

13:07 - 22 İyun 2020 - HADİSƏ

Hacıqabul və Şəmkir sakinlərindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini X.İmanovdan lüləsi kəsilmiş ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülüb.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini A.Hüseynovun evindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilib.

Araşdırma aparılır.

Xəbər xətti