Gəncədə kişi sevgilisini bıçaqlayıb

12:40 - 22 İyun 2020 - HADİSƏ

Gəncə şəhərində kişi münasibətdə olduğu qadını bıçaqlayıb.

Məlumata görə, 30 yaşlı İlqam Əliyev qısqanclıq zəminində qonşusu, 29 yaşlı R.N-i bıçaqlayıb. Qadın yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, İ.Əliyevlə həmin qadın arasında sevgi olub, son günlər onların münasibətləri korlanıb.

İ.Əliyevin hadisəni qısqanclıq zəminində törətdiyi bildirilir. Onun saxlanılması istiqamətində tədbirlər davam etdirilir.///qafqazinfo

Xəbər xətti