Milli Məclisin plenar iclasları iyulun 5-dək təxirə salınır

12:14 - 22 İyun 2020 - Xəbər

Milli Məclisin fəaliyyəti sərtləşdirilmiş karantin rejiminə uyğunlaşdırılır.

APA-nın məlumatına görə, bununla əlaqədar Milli Məclisin plenar iclaslarının iyulun 5-dək keçirilməməsi nəzərdə tutulur. Artıq bununla bağlı Milli Məclisin komitə sədrlərinə və komitə sədrlərinin müavinlərinə məlumat verilib.

Bununla belə, zərurət yaranacağı təqdirdə iclas keçirilə bilər.
Milli Məclisin Aparatına da iyulun 5-dək məhdud sayda işçi cəlb etmək tapşırılıb.

Qeyd edək ki, iyunun 21-dən iyulun 5-dək Bakıda və daha 7 şəhər və rayonda xüsusi karantin rejiminin sərtləşdirilməsi tətbiq olunub.///Apa

Xəbər xətti