Niderland kralığında mühacir həyatı yaşayan, nümayişlərdə üzünü maska ilə gizlədən şəxslərdən birinin, Bakı şəhər sakini 18.05.1986 ci il təvəllüdlü Qasimov Elvinin kimliyi məlum oldu.
Etibarlı mənbələrdə aldığımız məlumata əsasən Elvinin ayrı-ayrı zamanlarda keçirilən nümayişlərdə canlı yayım zamanı kimliyinin bilinməməsi üçün üzünü maska ilə bağladığı və canlı yayım bitdikdən sonra maskanı rahat şəkildə açaraq öz aralarında çəkdirdikləri şəkillərdə üzünün açıq formada olduğu aşkar olundu.
Özlərinin və ailələrinin şəxsiyyətlərinin bilinməməsi üçün bu yola əl atanlar qorxduqlarından və təhlükəsizliklərindən ehtiyat edərək bunu edirlər. Xaricdə yaşayan soydaşlarımız artıq başa düşürlər ki, xarici ölkədə yaşayıb, dövlətinə qarşı çıxmaq insana heç də baş ucalığı gətirən əməl deyil. Həmçinin insanlar anlayırlar ki, ölkə rəhbərliyinə bu cür ağır ifadələr ünvanlayan birinin yanında görünmək kiməsə,ölkəsinə qayıdacağı zaman yaxşı bir şey vəd etmir. Elvin də onlardan biridir.