Milli Məclisin sabahkı iclası təxirə salınıb

10:51 - 22 İyun 2020 - Xəbər

İyunun 21-də gün ərzində Milli Məclisin deputatlarından koronavirus infeksiyası ilə bağlı götürülən test nümunələrinin cavabları sabah (23 iyun) bəlli olacaq.

Bu barədə Milli Məclisdən məlumat verilib.

Bu səbəbdən Milli Məclisin iyun ayının 23-də keçirilməli olan növbədənkənar iclasının tarixi dəyişdirilib. Plenar iclasın yeni tarixi ilə bağlı məlumat veriləcək.

Xəbər xətti