Türkiyədə koronavirusa yoluxanların sayı 187 685 nəfərə çatıb

22:07 - 21 İyun 2020 - DÜNYA

Türkiyədə son 24 saat ərzində daha 23 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 950 nəfərə çatıb. Onun sözlərinə görə, ölkədə 1 192 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 187 685 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 412 nəfər olmaqla 160 240 nəfər təşkil edir.
Son sutka ərzində koronavirusla bağlı 40 496 test aparılıb.///trend

Xəbər xətti