Xaçmazda iki avtomobil toqquşub, 1 nəfər ölüb

18:54 - 19 İyun 2020 - HADİSƏ

Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, iyunun 18-də saat 18 radələrində Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində kənd sakini A.Qadaşovun idarə etdiyi “Mercedes” və Qoçaqlı kənd sakini A.Nurəhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşüb. Nəticədə A.Nurəhmədov və sərnişini olan atası Şahvələd xəstəxanaya yerləşdiriliblər. Ş.Nurəhmədov orada ölüb.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər xətti