Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

09:43 - 19 İyun 2020 - Xəbər

Bazar günü, iyun ayının 21-i səhər saatlarından etibarən Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Ucnoqta.az-a paytaxtın kommunal strukturlarından məlumat daxil olub.

Bununla əlaqədar maddələrin qəbul olunan müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Xəbər xətti