"Brent" nefti bahalaşıb

08:14 - 19 İyun 2020 - İQTİSADİYYAT

"Brent" markalı neftin bir barrelinin qiyməti 42 dolları ötüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, saat 07:00 üçün "Brent" markalı neftin qiyməti Londonun "ICE" birjasında 1,7 faiz qalxaraq 42,05 dollar/barel təşkil edib.

Qeyd edək ki, sonuncu dəfə "Brent" marklalı neftin bir barrelinin qiyməti iyunun 8-də 42 dollardan artıq olub.

Xəbər xətti