Azərbaycanda koronavirusdan daha 7 nəfər vəfat edib- 329 yeni yoluxma qeydə alınıb

20:40 - 17 İyun 2020 - Xəbər

Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasına 329 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 10 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6075 nəfər müalicə olunaraq sağalıb, 133 nəfər vəfat edib, 4783 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5700, ötən müddət ərzində isə ümumilikdə 397 399 test aparılıb.

Xəbər xətti