Gürcüstanda azərbaycanlı gənc Kürdə batıb

17:05 - 17 İyun 2020 - HADİSƏ

Gürcüstanın Marneuli rayonunun Keşəli kəndində 20 yaşlı gənc Kür çayında boğularaq ölüb.

Azərbaycanlı gənc çayda üzə bilsə də, sahilə çıxa bilməyib.

Faktla bağlı istintaq aparılır.

Kürün Tbilisidən keçən hissəsində də bədbəxt hadisə baş verib. Kvemo Poniçala qəsəbə sakini olan iki yeniyetmənin çayda itdiyi məlum olub. Xilasedicilər hər iki uşağı tapsalar da, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.///report   

Xəbər xətti