Ucarda yük maşını piyadanın üstündən keçdi

16:58 - 17 İyun 2020 - HADİSƏ

Ucarda yük maşını piyadanı vurub.

Hadisə bu gün Ucar-Zərdab yolunun rayonun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1962-ci il təvəllüdlü Rəhman Bəkir oğlu Abdurrəhmanov idarə etdiyi "Hova" markalı yük maşını ilə piyada, Cəlilabad rayon sakini Əfqan Quliyevi vurub. Yük maşını daha sonra piyadanın üstündən keçib.

Ə. Quliyev hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti