UEFA Superkuboku oyununun yeri və vaxtı bilindi

14:41 - 17 İyun 2020 - İDMAN

UEFA Super Kuboku uğrunda oyunun yeri və tarixi müəyyənləşib.

"Report" Polşa mətbuatına istinadən xəbər verir ki, qitə futbol qurumu qarşılaşmanın sentyabrın 24-də keçirilməsinə qərar verib. Çempionlar Liqası və Avropa Liqasının qaliblərini üz-üzə gətirəcək görüş Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq.

Qərarın UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında təsdiqlənəcəyi bildirilib.
Qeyd edək ki, onlayn iclasda martda koronavirus pandemiyası səbəbindən dayandırılan avrokuboklar barədə də yekun qərar qəbul olunacaq.

Xəbər xətti