Ağsu aşırımındakı yanğın söndürüldü

12:04 - 17 İyun 2020 - Xəbər

Ağsu rayonunda Ağsu aşırımı adlanan ərazidə baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Qeyd edək ki, Ağsu aşırımında yanğın ötən gün başlamışdı. Belə ki, iyunun 16-da FHN-in "112" qaynar telefon xəttinə Ağsu rayonunda Ağsu aşırımı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Mülkü müdafiə qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb edilib.

Xəbər xətti